Bülənt Korkmazın etirafı: Üstünlük rəqibin tərəfinə keçib
15.03.2010 - 21:41
Bülənt Korkmazın etirafı: Üstünlük rəqibin tərəfinə keçib
“İlk oyun 1:1 hesabı ilə başa çatdı. Bu nəticədən sonra üstünlük müəyyən dərəcədə rəqibin tərəfinə keçib”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaza məxsusdur.

Paytaxt təmsilçisi bu gün ölkə kubokunun 1/4 final mərhələsinin “Standard”la cavab matçına hazırlığını başa vurub. Məşqdən sonra türk çalışdırıcı klubun saytına sabahkı oyun barədə fikirlərini bildirib: “Qarşıda bizi hələ daha bir 90 dəqiqə gözləyir. Növbəti mərhələyə adlamaq istəyiriksə, sonadək mübarizə aparıb qələbə qazanmalıyıq. Düzdür, oyun çətin olacaq, amma biz bacardığımızı ortaya qoyacağıq. İnanıram ki, sonda istəyimizə çatan biz olacağıq”.
0