Qapıçısı “Olimpik-Şüvəlan”ı yarımfinala çıxardı - YENİLƏNİB
16.03.2010 - 17:43
Qapıçısı “Olimpik-Şüvəlan”ı yarımfinala çıxardı - YENİLƏNİB
Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində iki matç keçirilib. Apasport.az saytının məlumatına görə, bu matçlardan sonra paytaxt təmsilçiləri “Bakı” və “Olimpik-Şüvəlan” yarımfinala vəsiqə qazanıblar.

“Standard”la səfər qarşılaşmasında asan qələbə qazanan “Bakı” ardıcıl ikinci dəfə 4 ən güclü sırasına düşüb. Yalnız hesabı 3:0-a çatdırandan sonra sakitləşib meydan sahiblərinə təsəlli qolu vurmaq imkanı verən paytaxtın eyni adlı təmsilçisi “Standard”ın yarımfinal arzusunu gözündə qoyub.

Sumqayıt təmsilçisi 2 il əvvəl də mübarizəni 1/4 finalda dayandırmışdı. Həmin vaxt Bakını təmsil edən “bankirlər”i “Neftçi” dayandırmışdı.

Digər matçın qəhrəmanı isə Cahangir Həsənzadə oldu. O, tarixləri ərzində yarımfinal üzünə həsrət qalan “Olimpik-Şüvəlan”la “Simurq”un görüşündə qalibin müəyyənləşməsində əsas pay sahibinə çevrildi. İki qarşılaşma və əlavə vaxtda qol vura bilməyən tərəflərin penalti seriyasında 31 yaşlı qapıçı ustalığını nümayiş etdirdi. “Olimpik-Şüvəlan”ın bütün zərbələrinin qarşısı alınmaz olduğu halda, Həsənzadə iki dəfə zərbəni zərərsizləşdirdi. Bununla da ardıcıl 3-cü dəfə 1/4 finalda oynayan bakılılar sindromu qırıb bu mərhələni adlaya bildi. Zaqatala təmsilçisi isə ötən ilki kimi, yenə 1/2 final oyunlarını kənardan izləməyə məhkumdur.

16 mart

15:00. "Olimpik-Şüvəlan" - "Simurq" - 0:0 (penaltilərlə - 4:2)
QOLLAR: Ruslan Qunçak (0:1), Sergey Laşenkov (1:1), David Bolkvadze (1:2), Draqan Mandiç (2:2), Yuri Bulıçev (2:2), Tərlan Xəlilov (3:2), Taras Çopik (3:2), Junivan Suares (4:2)
Baş hakim: Azad Mütəllimov
Hakim-köməkçiləri: Munis Abdullayev, Mübariz Haşımov, Əfqan Həmzəyev
Bakı. "Şəfa" stadionu.
İlk oyun – 0:0

15:00. "Standard" - "Bakı" - 1:3
QOLLAR: Fərid Quliyev, 81 - Jaba, 14; Aleksandar Soliç, 24; 79
Baş hakim: Elçin Məmmədov
Hakim-köməkçiləri: Orxan Məmmədov, Azər Əsgərov, Anar Salmanov
Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
İlk oyun – 1:1

17 mart

16:00. "İnter" - "Neftçi"
Baş hakim: Elnur Muradov
Hakim-köməkçilər: Aydın Ələkbərov, Vaqif Musayev, Elvin Əsgərov
Bakı. "Şəfa" stadionu
İlk oyun – 3:0

18:00. "Xəzər-Lənkəran" - "Qarabağ"
Baş hakim: Vüsal Əliyev
Hakim-köməkçiləri: Ramiz Əsədov, Azad Q.Hüseynov, Ceyhun Haşımov
Lənkəran. Mərkəzi stadion
İlk oyun – 1:2
0