“Çelsi” və “Sevilya” ÇL-dən kənarda qaldı - YENİLƏNİB
17.03.2010 - 01:37
Çempionlar Liqasının 1/4 finalına yüksələn daha iki komanda müəyyənləşib. Aapasport.az saytının xəbərinə görə, “Lion” (Fransa), “Mançester Yunayted”, “Arsenal” (hər ikisi İngiltərə) və “Bavariya”nın (Almaniya) ardınca, “İnter”lə (İtaliya) MOİK (Rusiya) də mübarizəni davam etdirir.
Gecənin ən maraqlı qarşılaşması Londonda baş tutub. “Çelsi”inin uğurlarında böyük pay sahibi olan Joze Maurinyo 2 ildən sonra “Stemford Bric”ə rəqib kimi gəlib. Rəhbərlik etdiyi “İnter”lə “Dumanlı Albion”a səfər edən portuqaliyalı çalışdırıcı “zadəganlar”ı , Samuel Eto’Onun yeganə qolu ilə məğlub edib. İlk oyunda da uduzan London təmsilçisi mübarizədən qıraqda qalıb.
İspaniyada isə gözlənilməz hesab qeydə alınıb. 52 ildir Çempionlar Liqasının 1/4 finalına həsrət qalan “Sevilya” bu dəfə də “ənənə”sinə sadiq qalıb. İspanlar MOİK-lə Rusiyadakı ilk oyunda yaxşı nəticə göstərsə də, öz meydanında uduzaraq, mübarizəni dayandırıb.
“Sevilya” (İspaniya) – MOİK (Rusiya) - 1:2
QOLLAR: Perotti, 41 - Netsid, 39; Keysuke Xonda, 55
Baş hakim: Viktor Kassai (Macarıstan)
Sevilya. “Ramon Sançes-Pisxuan” stadionu
İlk oyun – 1:1
“Çelsi” (İngiltərə) – “İnter” (İtaliya) - 0:1
QOL:Samuel Eto’O , 79
Qırmızı vərəqə: Didye Droqba, 86 (Çelsi)
Baş hakim: Volfqanq Ştark (Almaniya)
London. “Stemford Bric” stadionu
İlk oyun – 1:2

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0