Andrey Arşavin avtomobil qəzasına düşdü
16.03.2010 - 15:40
Andrey Arşavin avtomobil qəzasına düşdü
Rusiya yığmasının və İngiltərənin “Arsenal” klubunun futbolçusu Andrey Arşavin avtomobil qəzasına uğrayıb. Apasport.az saytının məlumatına görə, hadisə İngiltərənin paytaxtı Londonda baş verib.

Arşavin həyat yoldaşı ilə birgə gedərkən idarə etdiyi maşını digər avtomobilə sürtüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Problemin həllinə cəmi 5 dəqiqə sərf olunub.
0