Paytaxt təmsilçisi Azərbaycan kubokunun finalında
16.03.2010 - 17:18
Paytaxt təmsilçisi Azərbaycan kubokunun finalında
Azərbaycan kubokunun final qarşılaşmasında paytaxt təmsilçisinin iştirak edəcəyi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, bu, “Bakı”nın Sumqayıtda keçirilən görüşdə “Standard”ı 3:1 hesabı ilə məğlub etməsindən sonra gerçəkləşib.

Öz meydanındakı 1:1 hesablı heç-heçədən sonra səfərdə qənaətbəxş nəticə əldə edən bakılılar yarımfinala çıxmaqla, həlledici görüşdə paytaxtın təmsilçiliyinə şərait yaradıb. Belə ki, “Bakı” yarımfinalda digər paytaxt klubu ilə qarşılaşmalıdır. Yarışın təqviminə əsasən “zolaqlılar”ın növbəti rəqibi “İnter” – “Neftçi” görüşündə müəyyənləşməlidir. Həmin cütdə kimin zəfər çalmasından asılı olmayaraq, yarımfinalda iki paytaxt klubu üz-üzə gələcək. Bakı derbisində qalib gələcək komanda isə finalın iştirakçısı olacaq.

Qeyd edək ki, ardıcıl üçüncü dəfə finalda paytaxt da təmsil olunacaq. Son iki ildə həlledici qarşılaşmada Bakını “İnter” təmsil edib. Onlar əvvəl “Xəzər-Lənkəran”a, ötən il “Qarabağ”a uduzub – müvafiq olaraq 0:2 və 0:1.
0