Futbolçularımız Gürcüstan yığması ilə heç-heçə etdi
16.03.2010 - 17:38
Qadınlardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Türkiyə toplanışının ardından Gürcüstana yollanan yığmamız bu ölkədə ilk qarşılaşmasına çıxıb. Şamil Heydərovun yetirmələri meydan sahibləri ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə nəticələnib – 0:0. Bu gün keçirilən matç Rustavi şəhərindəki «Foladi» stadionunda baş tutub.
Qeyd edək ki, bu komandalar arasında növbəti yoldaşlıq oyunu martın 18-də keçiriləcək.
Qeyd edək ki, bu komandalar arasında növbəti yoldaşlıq oyunu martın 18-də keçiriləcək.
- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0