Pokora: Bundan artığına gücümüz çatmadı
16.03.2010 - 18:27
“Olimpik-Şüvəlan”la oyuna itkilərlə çıxmağımız özünü göstərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokora deyib.
Ukraynalı mütəxəssis ölkə kubokunun 1/4 final mərhələsinin “Olimpik-Şüvəlan”la cavab oyunundan sonra təşkil olunan mətbuat konfransında qarşılaşma haqda fikirlərini açıqlayıb. Pokora yarımfinala vəsiqə qazana bilməmələrini heyətdəki itkilərlə izah edib: “Komandamızda zədəlilər var idi. Meydana çıxanlar bacardıqlarını etdilər. Bundan artığına gücümüz çatmadı”.
Bakılıların baş məşqçisi Nazim Süleymanov isə qələbənin 90 dəqiqə ərzində qazanılmasının tərəfdarı olduğunu bildirib: “Futbolçularımız əzmkar mübarizə apardılar. Onlar sonadək mübarizə aparıb mərhələ keçmək vəzifəsinin öhdəsindən gəldilər. Daha yaxşı olardı ki, oyundan qol vurub qalib gələk. Lakin istənilən halda, mərhələni biz keçdik”.
Qeyd edək ki, “Olimpik-Şüvəlan” hər iki qarşılaşması qolsuz bitən duelin penaltilər seriyasında “Simurq”u 4:2 hesabı ilə məğlub edib.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0