Bekhemin zədəsinə poema yazdılar
17.03.2010 - 10:50
Bekhemin zədəsinə poema yazdılar
İngiltərə milli komandasının futbolçusu Devid Bekhemin zədələnməsinə Böyük Britaniyanın ədəbiyyat xadimləri də biganə qalmayıblar. Apasport.az saytının məlumatına görə, 35 yaşlı yarımmüdafiəçinin zədələnməsinə artıq əsərlər də həsr olunur.

Britaniyalı şair Kerol Enn Daffi bu hadisə ilə bağlı poema yazıb. Futbolçunun daban nahiyəsindən xəsarət alaraq dünya çempionatından kənarda qalmasına üzülən xanım əsərinə “Axill” adı verib. Kerol poemasında müasir futbol meydanlarındakı mübarizəni qədim dövrlərin müharibələrinə bənzədib.

Təbii ki, Bekhem də mifik qəhrəmanlarla müqayisə olunub. Daffi poema haqda fikirlərini belə izah edib: “Devid müasir mədəniyyətin demək olar ki, mifik qəhrəmanıdır. Onun zədəsinin “Axill” adı ilə bağlı olması lap möhtəşəmdir. Bütün yunan əsatirləri faciə və zəfərin ahəngindən ibarətdir”.

Qeyd edək ki, hazırda “Milan” klubunda çıxış edən Bekhem İtaliya çempionatının “Kyevo” ilə oyununda zədələndiyi üçün 4-5 aylıq yaşıl meydanlardan kənar qalacaq.
0