Joze Maurinyo: İndi mən dünyanın ən xoşbəxt adamıyam
17.03.2010 - 12:06
Joze Maurinyo: İndi mən dünyanın ən xoşbəxt adamıyam
“Paltardəyişmə otağında qələbəni sevinclə qeyd etdim. Axı, bu, mənim komandam üçün heç də adi qələbə deyil. “Çelsi”ni, “Stemford Bric” stadionunu, yerli azarkeşləri sevirəm, amma mən peşəkaram”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliyanın “İnter” klubunun baş məşqçisi Joze Maurinyo Çempionlar Liqasının 1/4 finalında “Çelsi” üzərində səfər qələbəsindən (1:0) sonra deyib.

2004-08-ci illərdə “Çelsi”ni çalışdırmış portuqaliyalı mütəxəssis keçmiş komandasını nəyin sayəsində üstələdiklərini açıqlayıb: “Rəqib bizə çox tanış idi. “Çelsi” həmişə təzyiq göstərir, qapı önünə ötürmələr edir, cərimə meydançasında aqressiv nəzərə çarpır. Şadam ki, komandam mənim riskli taktikamı yaxşı yerinə yetirdi. Bəzən məşqçi riskə gedir, komanda isə buna lazımınca cavab verə bilmir”.

Maurinyo yeganə qolun müəllifi Samuel Eto’O barədə maraqlı bir faktdan da danışıb: “Çelsi”də işləyərkən evdə yalnız bir dəfə məğlub olmuşdum, o da Samuel Eto’onun qolu ucbatından. Bu gün o, yenə fərqləndi, ancaq bu, mənim üçün sevindirici oldu. İndi dünyanın ən xoşbəxt adamıyam. Biz Çempionlar Liqasında qalan istənilən komandaya qalib gələ bilərik”.

Qeyd edək ki, “İnter” ilk görüşdə də “Çelsi”yə məğlubiyyət acısı (2:1) daddırmışdı.
0