“Qarabağ” titulunu Lənkəranda itirdi - YENİLƏNİB
17.03.2010 - 19:47
“Qarabağ” titulunu Lənkəranda itirdi - YENİLƏNİB
Azərbaycan kubokunda bütün yarımfinalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Bakı” və “Olimpik-Şüvəlan”ın ardınca, “İnter”lə “Xəzər-Lənkəran” da 1/4 final mərhələsinin qalibi olub.

Bununla da Azərbaycan kubokunun yeni qalibi olacağı dəqiqləşib. Çünki kubokun sahibi “Qarabağ” titulunu Lənkəranda itirib. “Xəzər-Lənkəran” Ağdam təmsilçisini rəqib meydanında vurulan qol hesabına keçdi. “İnter” isə “Neftçi” ilə hər iki kubok oyununu qələbə ilə başa vurdu. Bununla da paytaxt təmsilçiləri arasında son 25 gündə keçirilən oyunlar seriyası başa çatdı. Premyer Liqanı da nəzərə alsaq, həmin 4 görüşdən 3-ü “İnter”in qələbəsi, biri heç-heçə nəticələnib.

Yarımfinalda “Olimpik-Şüvəlan” – “Xəzər-Lənkəran” və “Bakı” – “İnter” oyunları olacaq. Püşkə əsasən, cütlərdə birinci göstərilən komandalar ilk oyunlarda meydan sahibidir. Yarımfinal mərhələsinin görüşləri aprelin 27-də və mayın 5-də keçiriləcək.

17 mart

"Xəzər-Lənkəran" - "Qarabağ" - 1:0
QOL: Kristian Kabral, 17
VƏRƏQƏLƏR: Elnur Allahverdiyev, 64; Rəşad Sadiqov, 87 - hər ikisi qırmızı
Baş hakim: Vüsal Əliyev
Hakim-köməkçiləri: Ramiz Əsədov, Azad Q.Hüseynov, Ceyhun Haşımov
Lənkəran. Mərkəzi stadion
İlk oyun – 1:2
Kabral 17-ci dəqiqədə künc zərbəsindən topu birbaşa qapıya göndərir.


"İnter" - "Neftçi" - 2:1
QOLLAR: Asif Məmmədov, 27; Girts Karlsons, 55 - Adrian Neaqa, 85 (p)
Baş hakim: Elnur Muradov
Hakim-köməkçilər: Aydın Ələkbərov, Vaqif Musayev, Elvin Əsgərov
Bakı. "Şəfa" stadionu
İlk oyun – 3:0

0