“Bu səhvə görə min dəfə üzr istəyirəm” - FOTO
17.03.2010 - 12:48
“Bu səhvə görə min dəfə üzr istəyirəm” - FOTO
“Bizim uğur qazanacağımızı çox insanlar gözləyirdilər. Bu səbəbdən bilirəm ki, üzr istəməliyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniyanın “Sevilya” klubunun qapıçısı Andres Palop deyib.

37 yaşlı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsində Moskva MOİK-i ilə cavab görüşündə səhv buraxıb. Palop 55-ci dəqiqədə rəqib oyunçu Keysuke Hondanın yerinə yetirdiyi cərimə zərbəsini əlində saxlaya bilməyib: “Belə vacib görüşdə səhvə yol verdim. Buna görə də azarkeşlərdən min dəfə üzr istəməyə hazıram”.

Qeyd edək ki, tərəflər arasında Moskvada keçirilmiş birinci oyun heç-heçə (1:1) nəticələnmişdi. Lakin MOİK dünən səfərdə 2:1 hesablı qələbə qazanaraq, tarixində ilk dəfə Çempionlar Liqasının 1/4 finalına yüksəlib.
0