UEFA AFFA-nı cəzasını yüngülləşdirdi
17.03.2010 - 13:09
UEFA AFFA-nı cəzasını yüngülləşdirdi
UEFA AFFA-nın rəsmi müraciətini müsbət cavablandırıb. Apasport.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, qitə futbol qurumu milli assosiasiyamıza kəsdiyi cəriməni yarıbayarı azaldıb.

19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının heyətində yaşı süni olaraq azaldılmış futbolçular çıxış etdiyi üçün UEFA-nın İntizam Komitəsi AFFA-nı 60 min avro məbləğində cərimələmişdi. AFFA isə öz növbəsində cərimənin azaldılması ilə bağlı UEFA-nın Apelyasiya Komitəsinə müraciət ünvanlanmışdı. Həmin qurumun iclasında bu məsələ müzakirə olunub və cərimənin məbləği 30 min avroya endirilib.
0