Yunis Hüseynov həmkarını cəzalandıracaq
17.03.2010 - 13:26
"Muğan”la oyunun hazırlığını Yevlaxda davam etdiririk. Yalnız Ernani Pereyranın zədə ilə bağlı problemi var. Düzdür, onun oynamasının bizə xeyri dəyir. Amma zədəli-zədəli meydançaya buraxa bilmərik. Ernani ən azından 10 gün müalicə olunmalıdır". Bu sözləri apasport.az saytına açıqlamasında Yevlaxın "Karvan" klubunun baş məşqçisi Yunis Hüseynov deyib.
O, “Muğan”la görüşdə yalnız qələbə üçün oynayacaqlarını bildirib: "İkinci “altılıq” oyunlarda heç-heçə belə, bizə sərf etmir. Oyunlara ancaq və ancaq qələbə üçün cıxacağıq".
Yunis Hüseynov “Karvan”ın əvəzedici heyətinin “Turan”la oyunda meydançanı 82-ci dəqiqədə tərk etməsinə də münasibət bildirib: "Əlbəttə, bu, yaxşı hal deyil. Biz bunu rəhbərlik səviyyəsində pisləyirik. Əvəzedici heyətin baş məşqçisi Valeri Mirzəyevlə görüşmüşəm. Hərəkətinə görə, çox peşmandır. Amma o, 100 faiz cəzalandırılacaq. Rəhbərliklə görüşüb onun cəzasını müəyyənləşdirəcəyik".
Qeyd edək ki, buna görə "Karvan"a 0:3 hesablı texniki məlumat verilib.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0