“Mənim Azərbaycan futbolunda adım-sanım var...”
18.03.2010 - 00:01
“Ötən tur “Rəvan”la üz-üzə gəldik. Həqiqətən də, birinci divizionda oynamaq çətindir. Uşaqlar cavandırlar, peşəkarlıq səviyyələri aşağıdır. Tez-tez qayda pozuntuları olur, yersiz fasilələr yaranır. 17 illik elita karyeramda zədələnmədim, amma birinci divizionda keçirdiyim ikinci oyunda xəsarət aldım. Hər halda, zədəm elə də ciddi deyil. 3-4 gündən sonra məşqlərimi bərpa edəcəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakılı” klubunun qapıçısı Hüseyn Məhəmmədov deyib.
Azərbaycan yığmasının və “Neftçi”nin sabiq üzvü bildirib ki, birinci divizionda müvəqqəti çıxış edir: “Maliyyə vəziyyəti elə də pis deyil. “Bakılı”ya ilk növbədə formamı saxlamaq üçün gəlmişəm. Müqaviləm mayda başa çatacaq. Azərbaycan futbolunda ad-sanım var. 8 dəfə ölkə çempionatının qızıl medallarını qazanmışam. Birinci divizionda oynamağım müvəqqətidir. İnşallah, karyerama iddialı elita klubunun heyətində son qoyacağam”.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0