“İlk oyunda 0:3 hesablı məğlubiyyətdən sonra “İnter”i üstələmək çətin idi”
17.03.2010 - 18:30
“İlk oyunda 0:3 hesablı məğlubiyyətdən sonra “İnter”i üstələmək çətin idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov Azərbaycan kuboku uğrunda yarışın 1/4 final mərhələsinin “İnter”lə cavab görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Flaqmanın 1:2 hesablı məğlubiyyəti ilə nəticələnən matç barədə danışan Əsədov heyətdə gənc oyunçulara şans verməsinin səbəbini açıqlayıb: “Bu oyunda gənclərə şans vermişdim ki, bunun da sayəsində gələcək qarşılaşmalar üçün heyəti müəyyənləşdirmək məqsədi güdürdüm. Yarımfinala yüksəlməsi münasibətilə “İnter”i təbrik edirəm”.
“İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin fikirləri isə belə olub: “Birinci görüşün nəticəsi öz sözünü dedi. Heyətlərə baxdıqda, oyunun hər iki komanda üçün formal xarakter daşıdığını söyləmək mümkün idi. Bununla belə, arxayınlaşmadıq. Bilirdik ki, “Neftçi” hücuma atılıb, erkən qol vurmağa çalışacaq. Buna görə də rəqibin həmləsi zamanı lazımi mövqeləri bağladıq və sürətli hücumçuların hesabına əks-hücumda uğur qazandıq. Düşünürəm ki, bu gün layiqli qələbə əldə etdik”.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0