“Xəzər-Lənkəran” “Qarabağ”ın planlarını pozdu
17.03.2010 - 23:53
Azərbaycan Kuboku uğrunda yarışların 1/4 final mərhələsinə yekun vurulub. Apasport.az saytının xəbərinə görə, doğma meydanda Ağdamın "Qarabağ" klubunu 1:0 hesabı ilə məğlub edən "Xəzər Lənkəran" iki oyunun nəticəsinə əsasən adını ölkə kubokunun yarımfinalçıları sırasına yazdırdı.
Qarşılaşmadan sonra komandaların baş məşqçiləri oyunla bağlı fikirlərini bölüşüb. "Xəzər Lənkəran" klubunun baş məşqçisi Ağasəlim Mircavadov bildirib ki, bu oyunda qalib gəlmək komandası üçün çox vacib idi: “Çünki qarşıda bizi çətin oyunlar gözləyir. Qələbə qazandığımız üçün şadam. Komandanı təbrik edirəm".
"Qarabağ"ın baş məşqçisi Qurban Qurban isə qeyd edib ki, oyunun başlanğıcında qol buraxmaq istəmirdilər: “Erkən qol oyun planlarımızı pozdu. Komandanın oyunu məni razı saldı. Hakimlik haqqında əvvəllər də danışmamışam, indi də heç nə danışmaq istəmirəm".

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0