Emin Mahmudov Rusiya çempionatında həlledici qol vurdu
19.03.2010 - 18:53
Azərbaycanlı futbolçu Emin Mahmudov Rusiya çempionatında fərqlənib. Apasport.az saytının məlumatına görə, “Saturn” klubunda çıxış edən 18 yaşlı yarımmüdafiəçi bu gün Premyer Liqa təmsilçilərinin əvəzedici heyətlərinin çempionatının 2-ci turunda həlledici qola imza atıb.
Emin “Sibir” klubunun əvəzediciləri ilə ev oyununun 72-ci dəqiqəsində vurduğu qolla komandasına qələbə qazandırıb – 2:1. Özü də bu, “Saturn”un əvəzedici komandasının cari mövsümdə ilk qələbəsi olub. Mahmudov həmin görüşdə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, əslən Lənkərandan olan Emin “Saturn”un cari mövsüm üçün əsas komandasının da iştirak ərizəsində yer alıb.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0