“Xəzər-Lənkəran”ın şikayəti təmin olundu
19.03.2010 - 23:09
“Xəzər-Lənkəran”ın şikayəti təmin olundu
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin bu gün növbəti iclası keçirilib. Apasport.az saytının xəbərinə görə, toplantıda “Olimpik-Şüvəlan” və “Muğan” klubları tərəfindən müvafiq olaraq futbolçular Tərlan Xəlilov, Vüsal Qarayev, Cahangir Həsənzadə və “Muğan”ın üzvü Əkrəm Hodziçə qarşı tətbiq edilmiş cəza ilə bağlı verdikləri apellyasiya şikayətinə baxılıb və hər iki klubun şikayətləri təmin olunmayıb.

“Xəzər Lənkəran”ın Peşəkar Futbol Liqası ilə bannerlərin yerləşdirilməsi ilə bağlı əldə etdiyi razılığı nəzərə alaraq klubun verdiyi apellyasiya şikayəti isə təmin olunub.

Xatırladaq ki, Unibank Premyer Liqasının XXIII turunun “Olimpik-Şüvəlan” – “Standard” matçından sonra “təyyarəçilər”in üzvləri rəqib futbolçularla bir-birlərinə zərbə endirdikləri üçün hər biri 2 oyunluq və iki min manat dəyərində cəzalandırılıb. Həmin turun “Turan” - “Muğan” matçında “Muğan” klubunun futbolçusu Ekrem Hodziç rəqibini dirsəklə vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub iki min manat cərimə olunmuşdu.
0