Terri kokain satarkən yaxalandı - FOTO
20.03.2010 - 12:59
Terri kokain satarkən yaxalandı - FOTO
İngiltərə milli komandasının və “Çelsi”nin futbolçusu Con Terri daha bir qalmaqalla üzləşib. Apasport.az saytının məlumatına görə, bu dəfə onun özü yox, atası Ted Terri diqqət mərkəzinə düşüb. Belə ki, 55 yaşlı işsiz kişi London barlarının birinin tualetində 3 qram kokaini 129 funt-sterlinqə satmaq istəyərkən yaxalanıb.

Əməliyyatda müştəri qismində bir jurnalist iştirak edib. Guya o, kokaini öz dostu üçün alırmış. Ted Terri həmin “müştəri”yə növbəti dəfə daha yaxşı mal gətirəcəyini vəd verib və bunları deyib: “Dostunuza mənim Con Terrinin atası olduğumu deməyin”.

Polis barın yaxınlığında oğlunun aldığı 250 min funt-sterlinqlik evdə yaşayan Ted Terrini dərhal həbs edib. Yalnız Conun işə qarışmasından atanı zaminə buraxmaq mümkün olub. Hər halda, faktla bağlı cinayət işi başlanılıb.

Xatırladaq ki, Con Terri son aylarda heç cür xoşagəlməz hadisələrdən yaxa qurtara bilmir. Bu ilin yanvarında o, sabiq komanda yoldaşı Ueyn Bricin həyat yoldaşı ilə cinsi əlaqədə olduğuna görə arzuolunmaz vəziyyət düşmüşdü. Məhz bu səbəbdən Terri İngiltərə yığmasında kapitan sarğısını itirib. Üç gün öncə isə futbolçu avtomobil qəzası törədib və bir nəfərin ayağını sındırıb.
0