Şübhəli penalti “Xəzər-Lənkəran”ı taxtdan saldı
21.03.2010 - 18:05
Şübhəli penalti “Xəzər-Lənkəran”ı taxtdan saldı
Unibank Premyer Liqasının XXIV turuna yekun vurulub. Apasport.az saytının xəbərinə görə, bu gün baş tutan 3 qarşılaşmadan sonra turnir cədvəlində lider dəyişib.

Turun mərkəzi görüşü “Şəfa” stadionunda “İnter” və “Xəzər-Lənkəran” arasında keçirilib. Oyunun taleyinin meydan sahiblərinin vurduğu erkən qol həll edib. Baş hakim Fariz Yusifovun 4-cü dəqiqədə təyin etdiyi şübhəli penalti zərbəsini bolqarıstanlı legioner Petar Zlatinov dəqiq yerinə yetirib.

Paytaxt derbisində də qapılara cəmi top vurulub. “Neftçi” paytaxtın eyniadlı komandasını Adrean Neaqanın 13-cü dəqiqədə vurduğu qolla məğlub edib.

“Qarabağ” isə ardıcıl ikinci məğlubiyyətini alıb. Qurban Qurbanovun komandası “Qəbələ” ilə görüşdə hesabı açan tərəf olsa da, sonda öz qapısından 3 top buraxıb.

20 mart

“Karvan” - “Muğan” - 0:0
Hakimlər: Elnur Muradov, Eldar Nağıbəyov, Vaqif Ayvazov, Azad Mütəllimov
Yevlax. Şəhər stadionu

“Standard” - “Turan” - 2:3
QOLLAR: Samir Zərgərov, 55; Amiran Muciri, 75 - Nadir Nəbiyev, 70; 83; Peter Kolavole, 90+2
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Elşən Durmuşov, Səbayel Qurbanova
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

“Simurq” - “Olimpik-Şüvəlan” - 0:3
QOLLAR: Viktor İqbekoi, 13; Alves Dos Santos, 35; Anatoli Doroş, 39
Hakimlər: Elçin Məmmədov, Elşən Acalov, Aleksandr Musatkin, Əmrah İbrahimov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

21 mart

“İnter” - “Xəzər Lənkəran” - 1:0
QOL: Petar Zlatinov, 4 (p)
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Zöhrab Əliyev
Bakı. “Şəfa” stadionu

“Qəbələ” - “Qarabağ” - 3:1
QOLLAR: Paulino Lopes Tavares, 50; İqor Melnik, 73; 84 - Georgi Adamiya, 42
Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, Mübariz Haşımov, Hacıəli Ağayev
Qəbələ. Şəhər stadionunun süni örtüklü meydançası

“Neftçi” - “Bakı” - 1:0
QOL: Adrian Neaqa, 13
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Munis Abdullayev, Ceyhun Haşımov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

komandalar

o

q

h

m

t

x

1

"İnter"

12

6

3

3

13-11

21

2

"Xəzər-Lənkəran"

12

4

6

2

12-6

18

3

"Neftçi"

12

3

6

3

8-7

15

4

"Qarabağ"

12

3

6

3

7-9

15

5

"Bakı"

12

4

3

5

10-10

15

6

"Qəbələ"

12

2

4

6

10-17

10

7

"Simurq"

12

6

4

2

16-10

22

8

"Olimpik-Şüvəlan"

12

6

3

3

18-12

21

9

"Turan"

12

5

4

3

19-15

19

10

"Muğan"

12

3

5

4

7-8

14

11

"Standard"

12

3

3

6

11-17

12

12

"Karvan"

12

1

5

6

9-18

8


Bombardir: Adrean Neaqa (“Neftçi”) - 11
0