Subaşiç “Bakı”ya qalib gələn baş məşqçi ilə çalışacaq
22.03.2010 - 12:27
Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiç yeni mütəxəssislə çalışacaq. Apasport.az saytının məlumatına görə, Ratko Dostaniç 28 yaşlı serb hücumçunun çıxış etdiyi Belqradın “Srvena Zvezda” klubunun yeni baş məşqçisi təyin olunub. 51 yaşlı serb çalışdırıcı bu postda həmyerlisi Vladimir Petroviçi əvəzləyib. Buna qədər də “Srvena Zvezda”da çalışan Dostaniç klubun gənclər departamentinin direktoru olub.
Qeyd edək ki, Dostaniç futbolsevərlərimizə tanış mütəxəssisdir. Belə ki, o, ötən yay Bolqarıstanın “Levski” klubunun baş məşqçisi kimi ölkəmizə gəlmişdi. “Levski” “Bakı” ilə Çempionlar Liqasının (ÇL) 3-cü təsnifat mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda qolsuz heç-heçə edib. Bu, Dostaniçin komandanın sükanı arxasında debüt oyunu kimi tarixə düşüb. Sofiyada keçirilən cavab görüşündə 2:0 hesabı ilə qalib gələn “Levski” son çempionumuzu mübarizədən kənarlaşdıraraq, növbəti mərhələyə adladı. Ancaq sonda ÇL-nin yox, Avroliqanın qrup mərhələsində çıxış edən sofiyalılar həmin vaxt, cəmi 3 ay sonra Dostaniçi istefaya göndərib.

- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
- Moriyasu məsuliyyəti üzərinə götürdü - Yaponiya xalqından üzr istədi
0
0