“Simurq” klubu 0:3 hesablı məğlubiyyəti “sevir”
22.03.2010 - 12:50
“Simurq” klubu 0:3 hesablı məğlubiyyəti “sevir”
Zaqatalanın “Simurq” futbol klubu növbəti ağır zərbəni alıb. Apasport.az saytının məlumatına görə, Bakının “Olimpik-Şüvəlan” klubu Premyer Liqamızın son bürünc mükafatçısını dörd gündə iki dəfə məyus edib. Əvvəlcə “Simurq”u Azərbaycan kuboku uğrunda ¼ final çərçivəsində “Şəfa” stadionunda keçirilən cavab görüşündə oyun sonrası penaltilərlə (4:2) mübarizədən kənarlaşdıran “təyyarəçilər” ardından Zaqatalada rəqibinə zərbə vurub – 3:0. Nəticədə, “Olimpik-Şüvəlan” turnir cədvəlində özündən irəli gedən “Simurq”la xal fərqini minimuma endirib.

Bu, “altılığ”ın 2-ci turunda baş verib və “Simurq”un həmin böyük hesablı məğlubiyyəti tarixə düşüb. Məsələ ondadır ki, 2005-ci ildə yaranan Zaqatala klubu bu müddətdə evdə böyük hesabla uduzmayıb və ilk belə zərbə “Olimpik-Şüvəlan”dan gəlib. Maraqlıdır ki, “Simurq”un tarixində bütün böyük hesablı məğlubiyyətləri bir qayda olaraq 0:3 hesabı ilə olub. Həmin 6 məğlubiyyətdən 5-i çempionatda, 1-i isə avrokuboklarda olub. Bunların hamısı Roman Pokoranın baş məşqçisi olduğu dövrdədir. “Simurq” 2006-cı ildə güclülər dəstəsinə çıxandan sonra bu ukraynalı mütəxəssisin rəhbərliyi altında çıxış edir. Zaqatala klubu yalnız bürünc medal qazandığı ötən mövsümdə böyük hesabla uduzmayıb.

Digər maraqlı məqam odur ki, “Simurq”u ilk böyük hesabla məğlub edən də məhz “Olimpik” olub. Paytaxt təmsilçisi cari mövsümə qədər məhz bu adla çıxış edib.

Qeyd edək ki, cari mövsümdə uğursuz çıxış edən “Simurq” ilk “altlığ”a düşə bilmədi və ölkə kubokundan də kənarda qaldığını nəzərə alsaq, avrokuboklara vəsiqədən məhrum olub.

“Simurq” klubunun tarixində ən böyük hesablı məğlubiyyətlər:

2006/07 mövsümü
XIII tur


8 dekabr

“Olimpik” – “Simurq” – 3:0
Bakı. “Şəfa” stadionu

XXIV tur

7 may

“Karvan” – “Simurq” – 3:0
Yevlax. Şəhər stadionu

2007/08 mövsümü
XX tur


5 aprel

“Standard” – “Simurq” – 3:0
Bakı. “Şəfa” stadionu

2009/10 mövsümü
Avroliqa, ilk təsnifat mərhələsi


9 iyul

“Bney Yehuda” (İsrail) – “Simurq” – 3:0
Təl-Əviv. Şəhər stadionu

VIII tur

24 oktyabr

“Xəzər-Lənkəran” – “Simurq” – 3:0
Lənkəran. Şəhər stadionu

XXIV tur

20 mart

“Simurq” – “Olimpik-Şüvəlan” – 0:3
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
0