Türkiyə mətbuatı: Bülənt Korkmaz Azərbaycandan “Sivasspor” klubundan aldığı təklif üçün ayrılıb
23.03.2010 - 10:34
Türkiyə mətbuatı: Bülənt Korkmaz Azərbaycandan “Sivasspor” klubundan aldığı təklif üçün ayrılıb
Türkiyə mətbuatında “Bakı” klubunun baş məşqçi postundan istefa verən Bülənt Korkmazın yeni iş yeri tapması barədə məlumat yayılıb. Apasport.az saytının məlumatına görə, qonşu ölkə mətbuatı 42 yaşlı mütəxəssisin Azərbaycandan ayrılmasını “Sivasspor” klubu ilə bağlayır.

Mətbuat iddia edir ki, Korkmaz bu komandadan aldığı sərfəli təklif üçün “Bakı” ilə yollarını ayırmağa qərar verib. Çalışdırıcının özü bu versiyanı təkzib etsə də, yenidən Superliqada işləməyin əleyhinə olmadığını bildirib: “Sivasspor”un baş məşqçisinin istefa verməsini indi sizdən eşidirəm. Buna görə istefa verməyim düzgün deyil. Mənə bu klubdan təklif də gəlmədi. Gələrsə həmin ana olan şərtlərlə dəyərləndirərəm”.

Qeyd edək ki, Azərbaycan milli komandasının sabiq futbolçusu İlqar Qurbanov vaxtilə “Sivasspor”un şərəfini qoruyub.
0