Rodriqo Silva: Mən “Standard” rəhbərliyini başa düşə bilmirəm
23.03.2010 - 12:36
Rodriqo Silva: Mən “Standard” rəhbərliyini başa düşə bilmirəm
Sumqayıtın “Standard” klubunun sabiq futbolçusu Rodriqo Silva artıq İspaniya çempionatında debüt edə bilər. Apasport.az saytının məlumatına görə, neçə vaxtdır aşağı dəstə təmsilçisi “Hueska” ilə anlaşan braziliyalının keçidi rəsmiləşib. Neçə vaxtdır Azərbaycandan göndərilməli olan transfer vərəqəsini gözləyən Rodriqo təqdimat mərasimində sabiq klubundan narazılığını gizlətməyib: “Mənim üçün çox çətin idi. Neçə vaxtdır oynamaq istəyirdim, lakin oynaya bilmirdim. Mən Azərbaycandakı futbol rəsmilərini heç cür başa düşə bilmrəm. Onlar niyə indiyə qədər sənədləri göndərmirdilər. Bu sənədlər gələndən sonra mənə öz vaxtımı gözləmək qalır. Şans qazanan kimi komandaya kömək edəcəyəm”.

Qeyd edək ki, Silva Azərbaycan çempionatında keçirdiyi 15 oyuna 1 qol vurub.
0