Bülənt Korkmaz bu gün “Bakı” klubu ilə vidalaşacaq
23.03.2010 - 13:05
Bülənt Korkmaz bu gün “Bakı” klubu ilə vidalaşacaq
“Bakı” klubunun sabiq baş məşqçisi Bülənt Korkmazın komanda ilə vidalaşacağı vaxt məlum olub. Apasport.az saytının məlumatına görə, 42 yaşlı mütəxəssis bakılıların bugünkü məşqindən əvvəl klubun bazasına baş çəkəcək. Türkiyəli çalışdırıcı saat 16:30-da başlayacaq hazırlıqlardan əvvəl futbolçular və komandanın digər üzvləri ilə vidalaşacaq. B. Korkmazın bu gün axşam və ya sabah səhər vətəninə qayıdacağı gözlənilir.

Qeyd edək ki, Korkmaz cari mövsümdə Qyoko Hacıyevskidən sonra “Bakı” ilə vidalaşan ikinci məşqçidir.
0