Azərbaycanın veteran futbolçusu yenə evlənir
23.03.2010 - 15:07
Azərbaycanın veteran futbolçusu yenə evlənir
Azərbaycan milli komandasının sabiq futbolçusu Vəli Qasımovun neçə vaxtdır Azərbaycanda qalmasının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, 2008-ci ildə “Neftçi”nin idman direktoru təyin olunanadək İspaniyada yaşayan 42 yaşlı veteran futbolçu gələn ay ikinci dəfə ailə həyatı quracaq. Paytaxtın şadlıq saraylarından birində toy mərasimi keçiriləcək. Qasımovun birinci ailəsi isə hələ də İspaniyada yaşayır. Onun Gülnarə adlı həyat yoldaşından iki oğlu – Daniel və Anar dünyaya gəlib.

Qeyd edək ki, Vəli Qasımov hazırda AFFA-nın seleksiyaçı məşqçisi kimi fəaliyyət göstərir.
0