Messi və Maurinyo
23.03.2010 - 15:49
Messi və Maurinyo
Məşhur “Frans Futbol” jurnalı xüsusi buraxılışının anonsunu verib. Apasport.az saytının xəbərinə görə, bu buraxılış dünyanın ən yaxşı futbolçu və məşqçilərinin maaşlarına həsr ediləcək.

Belə ki, nəşrin məlumatına görə, hazırda dünyanın ən çox qazanan futbolçusu “Barselona”nın superulduzu Lionel Messidi. Argentina yığmasının hücumçusu ildə nə az, nə çox, düz 33 milyon avro gəlir əldə edir. Bu siyahıda ikinci pillədə Devid Bekhem qərarlaşıb. Hazırda “Milan”ın şərəfini qoruyan ingilis yarımmüdafiəçinin gəliri 30,4 milyon avrodu.

Məşqçilər arasında birinci pillədə isə “İnter”in portuqaliyalı çalışdırıcısı Joze Mourinyodu – 13 milyon avro.
0