Ramal Hüseynov futboldan bezib
26.03.2010 - 13:05
Ramal Hüseynov futboldan bezib
"Turan"a 2:3 hesabı ilə məğlub olduğumuz görüşdən sonra Böyükağa Hacıyev məni heyətdən kənarlaşdırıb. Əlbəttə ki, Futbolçu hər zaman yüksək səviyyədə çıxış edə bilməz". Bu sözləri apasport.az saytına açıqlamasında Sumqayıtın "Standard" klubundan uzaqlaşdırılan Ramal Hüseynov deyib.

Millinin keçmiş üzvü son hadisələrə görə, futboldan uzaqlaşmaq istəyir: "Bu mənə pis təsir etdi. Hacıyevin komandaya gəlməsini dəstəkləyənlərdən biri olmuşam. İndi futbol barədə danışmaq istəmirəm. Düzü, futboldan bir müddət uzaqlaşmaq niyyətindəyəm".

"Transfer pəncərəsi"nin bağlanmasına rəğmən, Ramal bir neçə klubdan təklif aldığını bildirib: "Mənə təkliflər həmişə olub, bu gün də var. Hələlik, harada oynayacağımı deyə bilmərəm. Futbolçu karyeramı ya Azərbaycanda, ya da Türkiyədə davam etdirəcəyəm".

Xatırladaq ki, Ramal Hüseynov vaxtilə Türkiyənin "Kocaelispor" klubunun şərəfini qoruyub.
0