“Sevilya” yeni baş məşqçisinə qovuşdu
26.03.2010 - 18:16
“Sevilya” yeni baş məşqçisinə qovuşdu
Antonio Alvares İspaniyanın "Sevilya" futbol komandasının yeni baş məşqçisi təyin olunub. Lent.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, Alvares bu postda martın 23-də qovulmuş Manolo Himenesi əvəzləyib.

Əvvəllər o, Himenes və digər baş məşqçilərin köməkçisi kimi çalışıb. "Sevilya" Alvaresin rəhbərliyi altında ilk oyununu martın 28-də "Vilyarreal"a qarşı keçirəcək.

Qeyd edək ki, Manolo Himenesin qovulmasından sonra komandanın baş məşqçi postuna əsas namizəd qismində İspaniya yığmasının sabiq çalışdırıcısı Luis Araqones göstərilib. Lakin tərəflər müqavilə şərtlərində razılığa gələ bilməyiblər. Araqones 2010-2011-ci il mövsümünün sonunadək müqavilə bağlamaq istəsə də, "Sevilya" rəhbərliyi buna razı olmayıb.
0