Şükürovun komandası: Ardıcıl ikinci məğlubiyyət
27.03.2010 - 11:17
Şükürovun komandası: Ardıcıl ikinci məğlubiyyət
Rusiya çempionatında III tura start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun şərəfini qoruduğu “Anji” klubu öz meydanında MOİK-lə qarşılaşıb.

Oyunun əvvəlində hesabı açan Mahaçqala təmsilçisi fasiləyə üstün durumda yollansa da, ikinci hissədə paytaxt futbolçuları iki qol vurmağı bacarıb - 1:2. Streltsovun 11-ci dəqiqədəki qoluna Honda (49-cu dəqiqə) və Netsid (62-ci dəqiqə) cavab veriblər. Ötən turun “Amkar”la oyununda qırmızı vərəqə alan Mahir cəzalı olduğundan, bu matçda iştirak etməyib. Ardıcıl ikinci məğlubiyyətdən sonra 28 yaşlı müdafiəçimizin komandası 1 xalla 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Anji” növbəti oyununu aprelin 3-də öz meydanında “Alaniya”ya qarşı keçirəcək.
0