“Neftçi” - SSRİ görüşünün vaxtı müəyyənləşdi
27.03.2010 - 13:50
“Neftçi” - SSRİ görüşünün vaxtı müəyyənləşdi
“Neftçi Veteran Futbol klubu olaraq, hər zaman hərəkətdəyik. Tanınmış futbolçuların yubileyləri ərəfəsində oyunlar keçirməyə çalışırıq". Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” Veteran Futbolçular Klubunun prezidenti Oqtay Abdullayev deyib.

Bu ilin mayın 9-da əfsanəvi futbolçu Ələkbər Məmmədovun 80 yaşı tamam olacaq. Bu münasibətlə Bakıda “Neftçi” və SSRİ veteranlarının görüşü təşkil ediləcək. Artıq matçın tarixi də müəyyənləşib: "Bir müddət öncə oyunun keçiriləcəyini tərəddüdlə söyləyirdim. Artıq danışıqlar müsbət yekunlaşıb və SSRİ yığması Bakıya gələcək. Heyətə çox sayda tanınmış futbolçu cəlb olunacaq. Oyun böyük ehtimalla mayın 11-də keçiriləcək".

“Neftçi” artıq bu oyunun hazırlığına başlayıb: “Biz "Neftçi"nin köhnə bazasında mütəmadi olaraq, hazırlaşırıq. Hazırlığa tanınmış futbolçular qatılırlar".

Xatırladaq ki, komandanın kapitanı İsgəndər Cavadovdur.
0