Nazir Premyer Liqa oyunlarının yayım məsələsinə müdaxilə edəcək
27.03.2010 - 14:08
“Premyer Liqa oyunlarının yayımlanmaması futbol federasiyasına veriləsi sualdır. Mən isə indi oranın prezidenti deyiləm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın idman naziri Vitali Mutko deyib.
Rusiya Futbol İttifaqının sabiq prezidenti ölkə çempionatının oyunlarını bütün azarkeşlərin televiziya ilə izləyə bilməməyindən narazılığını açıqlayıb: “Rəhbərliyim dövründə hansısa oyunun yayımlanmamasına görə məni asıb-kəsirdilər. İndi isə nədənsə sakitçilik hökm sürür. Mən söz verirəm ki, qarşılaşmaların hamının baxa bildiyi kanallarla yayımlanması məsələsinə özüm də qarışacağam. Təbii ki, birbaşa müdaxilə edə bilmərik. Çünki telekanallar müstəqildir və istədiklərini edə bilər. Onlara İtaliya çempionatı sərfəlidirsə, onu alırlar”.
Qeyd edək ki, Azərbaycan çempionatının oyunlarının yayımı da idealdan uzaq səviyyədədir. Məsələn, bu gün keçirilən “Xəzər-Lənkəran” – “Neftçi” və “Qarabağ” – “İnter” qarşılaşmaları telekanallar vasitəsilə göstərilməyəcək. Prinsipial rəqiblərin Lənkərandakı görüşü isə nəinki turun, hətta çempionatın ən çox maraq doğuran oyunlarındandır.

- “Real”ın futbolçusu millinin heyətində zədələnib
- Zədəliyəm dedi, yalan çıxdı: Rafa Silvanın "dərd"inə çarə tapılmır
- “Kristal Pelas”ın ulduzu “Barselona”nın transfer siyahısında
- Tramp: "Ronaldo haradadırsa, oğlum da oradadır”
- 52 ildən sonra tarixi qələbə: Stadionu işğal edilən ölkə Dünya Çempionatında
0
0