“Son hadisələr komandaya müəyyən qədər təsir etdi”
27.03.2010 - 16:03
“Son hadisələr komandaya müəyyən qədər təsir etdi”
Unibank Premyer Liqasının XXV turu çərçivəsində "Qəbələ"ni qəbul edəcək son ölkə çempionu "Bakı" oyunun hazırlıqlarını klubun təlim-məşq bazasında davam etdirir. Apasport.az-ın xəbərinə görə, klubun rəsmi internet saytına açıqlama verən məşqçi Məqsəd Yaqubəliyev komandanın son durumu haqqında məlumat verib: “Məşqlərimiz əvvəlki qaydada davam edir. Son hadisələr komandaya müəyyən qədər təsir etdi. Qarşıda bizi çətin oyunlar gözləyir. Zədə və ya üzrlü səbəbdən əsas heyətdə bir sıra itkilər var. Lakin onların yerini dolduracaq futbolçularımız var. Sevindirici haldır ki, uzun zaman xəstə olan Əhməd Ticani və Allan Vanqa artıq bizə kömək edəcək vəziyyətdədirlər. "Altılıq"da zəif komanda yoxdur. "Qəbələ"nin son oyunda əzmkarlıqla qələbə qazanması onların potensialını üzə çıxarır. Hər rəqib üçün başağrısı ola bilərlər. Biz öz istədiyimiz oyunu qurmağa və bizə lazım olan nəticəni qazanmağa çalışacağıq".
0