“Bu cür səhvlərə yol vermək olmaz”
27.03.2010 - 21:08
“Bu cür səhvlərə yol vermək olmaz”
“Fikrimcə, bu gün çox gözəl oyun alındı. Rəqib bura xal qazanmaq üçün gəlmişdi və buna da nail oldular”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər-Lənkəran” klubunun məşqçisi Tofiq Mustafayev deyib.

Ölkə çempionatının XXV turunda “Neftçi” ilə heç-heçə (0:0) başa çatan oyun barədə danışan Mustafayev hakimlərə mesaj da göndərib: “Hakimlərin belə oyunlarda diqqətli olmaları gərəkdir. Bu cür səhvlərə yol vermək olmaz”.
0