Derbinin baş hakimi əvvəl söyüldü, sonra döyüldü
27.03.2010 - 21:47
Derbinin baş hakimi əvvəl söyüldü, sonra döyüldü
Unibank Premyer Liqasının XXV turunda “Xəzər-Lənkəran” – “Neftçi” görüşünün baş hakimi Əfqan Həmzəyev döyülüb. Apasport.az saytının xəbərinə görə, oyun ərzində dəfələrlə qərəzli qərarlar qəbul etdiyindən Həmzəyev yerli azarkeşlərin qəzəbinə tuş gəlib. Bu səbəbdən qarşılaşmadan sonra azarkeşlər Həmzəyevi söyüş və şillə-təpiyə qonaq ediblər.

Xatırladaq ki, bu qarşılaşmada baş hakim nəticəyə təsir edən səvh buraxmaqla, “Neftçi”nin qapısına vurulan 2 qolu qeydə almayıb.
0