“Neftçi” klubunun avtobusu “yandırıldı”
27.03.2010 - 22:22
“Neftçi” klubunun avtobusu “yandırıldı”
“Xəzər Lənkəran” klubunun 100-dək azarkeşi derbi matçın bitməsindən sonra “Neftçi”nin avtobusuna hücum ediblər. Apasport.az saytının məlumatına görə, hücum nəticəsində paytaxt klubunun avtobusunun şüşələri sındırılıb, komandanın bəzi üzvləri xəsarət alıblar.

Rumıniyalı hücumçu Adrian Neaqanın üzünə isə şüşə dəyib və futbolçu bərk zədələnib. Paytaxt klubunu Bakıya qaytarması üçün yeni avtobus sifariş olunub.
0