“Yaltaqlar yığını, alçaqlar, vicdansızlar və əxlaqsızlar dəstəsi”
28.03.2010 - 01:04
“Yaltaqlar yığını, alçaqlar, vicdansızlar və əxlaqsızlar dəstəsi”
“Neftçi” ilə qalmaqallı oyundan sonra “Xəzər-Lənkəran” klubunun azarkeşləri sərt bəyanatla çıxış ediblər. Apasport.az-ın xəbərinə görə, “12cioyunçu” azarkeş qrupuna məxsus internet səhifəsində hakim səhvləri ilə dolu “Xəzər-Lənkəran” – “Neftçi” görüşü barədə sərt ittihamlar yer alıb: ““Azərbaycan futbolunda çobanlıq edən ikiüzlülərə! Qabaqcadan hazırlanan plana uyğun hər şey sizin istəyinizlə də oldu. Qollar sayılmadı, hər cür təzyiq vasitələri tətbiq olundu. “Neftçi” uda bilmir də, güclə deyil axı. . “Neftçi”ni gözümüzə soxmaqla, o klubu da, o klubun keçmişini də gözdən salırsınız. Bu biabırçılıqdan da o yana keçib. Azarkeşlər də insandır, onların da əsəbləri dəmirdən deyil. Siz - iyrənc futbol başbilənləri, sadə azarkeşləri özündən çıxarıb, sonra da vəhşi kimi göstərirsiniz. Biz 12-cilər həmişə demişik, tüpürək sizin böyük oyuna. İndi də deyirik, tüpürək sizin böyük oyuna da, sizə də. Gedin çobanlığınızı edin, Azərbaycan futboluna çobanlıq daha çox yaraşır. Bizim “Xəzər-Lənkəran”ımız sizdən də, sizin futbolunuzdan da çox-çox yuxarıdadır. Yaltaqlar yığını, alçaqlar toplumu, vicdansızlar və əxlaqsızlar dəstəsi. “Xəzər-Lənkəran” bizim üçün həmişə çempiondur”.
0