“Mən indiyədək belə biabırçılıq görməmişdim”
28.03.2010 - 02:08
“Mən indiyədək belə biabırçılıq görməmişdim”
“Mən bir çox ölkələrdə futbol oynasam da, indiyədək belə biabırçılıq görməmişdim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun futbolçusu Mario Souza deyib.

Braziliyalı yarımmüdafiəçi “Neftçi” ilə görüşdə qol vursa da, baş hakim Əfqan Həmzəyev topu qeydə almayıb. Souzanın sözlərinə görə, həmin epizodda hansısa qayda pozuntusu olmayıb: “Hakim açıq-aşkar komandamızı sındırdı. İki qolumuzu hesaba almadı, penaltimizi vermədi. Əgər azarkeşlər hakimə qarşı çıxırlarsa... Mən deyərdim ki, Həmzəyev azarkeşləri qəsdən təxribata çəkirdi. Nəsə, deyiləsi sözüm yoxdur, amma belə biabırçılıq görməmişdim”.

Souza həmçinin çempionatı keçirən Peşəkar Futbol Liqasının rəhbərliyinə tövsiyə verib: “Gərək peşəkar Futbol Liqası oyunun videoyazısına baxıb, yaxşıca təhlil etsinlər. Belə hakimlik komandalarla yanaşı, biz futbolçulara, azarkeşlərə pis təsir edir. Onların diqqətli olması lazımdır. Çempionatın imicinə görə onlar məsuliyyət daşıyırlar”.

Qeyd edək ki, qalmaqallı “Xəzər-Lənkəran” – “Neftçi” görüşündə meydan sahibləri 2 qol vursalar da, baş hakim bunların heç birini qeydə almayıb və qarşılaşma heç-heçə başa çatıb – 0:0.
0