Ağasəlim Mircavadov: Bir xal nə bizə, nə də “Neftçi”yə lazım idi
28.03.2010 - 01:11
 Ağasəlim Mircavadov: Bir xal nə bizə, nə də “Neftçi”yə lazım idi
“Neftçi” ilə oyundan sonra “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadovun mətbuat konfransına gəlməməsinin səbəbi müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, bərbad hakim idarəçiliyi ucbatından ürəyində ağrılar hiss edən veteran çalışdırıcı jurnalistlərlə görüşə gələ bilməyib və bu səbəbdən konfransa köməkçisi Tofiq Mustafayev qatılıb.

Oyunla bağlı apasport.az saytına verdiyi açıqlamada isə Mircavadov qısa danışıb: “Bu oyunda bir xal nə bizə, nə də “Neftçi”yə lazım idi. Başa düşə bilmirəm, biz kim və nə üçün oynayırıq. Belə haqsızlıq olmaz”.
0