Lənkəranlı azarkeşlər bəyanat hazırlayır
28.03.2010 - 11:35
Lənkəranlı azarkeşlər bəyanat hazırlayır
Lənkəranlı futbol azarkeşləri "Xəzər Lənkəran" – "Neftçi" oyununda baş verənlərə biganə qalmaq istəmir. Apasport.az saytının xəbərinə görə, "12-ci oyunçu" azarkeş klubunun təşkilat komitəsi bu gün Lənkəranda yaşayan fəal azarkeşlərlə və "Bosman" fan klubu ilə məsləhətləşmələr aparacaq. Bundan sonra "12-ci oyunçu" azarkeş klubu və "Bosman" fan klubu birgə bəyanatla çıxış edəcəklər.
0