“Bakı”dan təklif gəlsə, qəbul etmərəm”
28.03.2010 - 11:41
“Bakı”dan təklif gəlsə, qəbul etmərəm”
“İndiki vəziyyətdə “Bakı”dan təklif gəlsə, qəbul etmərəm. Ona görə ki, hazırda işlərim çoxdur”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev deyib.

Hazırda Qrıznının “Terek” komandasında çalışan Diniyev bildirib ki, heç vaxt gördüyü işi yarımçıq qoymaq istəmir: “Adımın hansısa klubla yanaşı çəkilməsi təbiidir. Burda söhbət həm Azərbaycan, həm də Rusiya klublarından gedir. Amma konkret “Bakı”dan danışırıqsa, sizə tam səmimi deyirəm ki, bu klubdan təklif almamışam. “Terek”lə ilin axırına kimi müqaviləm var”.
Korner.az
0