“Qalatasaray”da prezident seçkiləri başa çatdı
28.03.2010 - 12:15
“Qalatasaray”da prezident seçkiləri başa çatdı
Adnan Polat yenidən «Qalatasaray» klubunun prezidenti seçilib. Apasport.az saytının məlumatına görə, o artıq konqres üzvlərinin 2611-nin səsini alaraq qalib adını özü üçün təmin edib. Onun rəqibi Adnan Öztürk isə açılan 21 qutudan 1921 səs toplayıb. Seçkinin yekun nəticələri açılacaq 3 sandıqdakı səslərin sayılmasından sonra bəlli olacaq.
0