“Bakı” “Neftçi” və “Qarabağ”ı keçə bilmədi
28.03.2010 - 16:54
“Bakı” “Neftçi” və “Qarabağ”ı keçə bilmədi
Bu gün keçirilən iki oyunla Unibank Premyer Liqasında XXV tura yekun vurulub. Apasport.az saytının xəbərinə görə, paytaxtda baş tutan qarşılaşmalardan biri birinci, digəri ikinci “altılıq”da oynanılıb.

“Bakı” türkiyəli məşqçi Bülənt Korkmazın istefasından sonra ilk sınağını “Qəbələ”yə verib. Bu görüşdə qələbə qazanacağı halda, paytaxt təmsilçisi “altılıq”da iki pillə irəliləyib “Qarabağ” və “Neftçi” klublarını qabaqlayacaqdı. Amma hesabı açmasına baxmayaraq, “Bakı” matçın sonlarında buraxdığı qolla meydanı bir xalla tərk edib.

“Olimpik-Şüvəlan” isə tarixinin ən pis günlərini yaşayan “Karvan”ı qəbul edib. “Şəfa” stadionunda baş tutan görüşdə qapılara top vurulmayıb.

XXV tur
28 mart (bazar)


“Bakı” – “Qəbələ” - 1:1

QOLLAR: Aleksandar Soliç, 22 - Pərvin Paşayev, 77
Hakimlər: Anar Salmanov, Aydın Ələkbərov, Elman Musayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Nizami Şərifov
Bakı. T.Bəhramov adına Respublika stadionu

“Olimpik-Şüvəlan” – “Karvan” - 0:0
Hakimlər: Zöhrab Əliyev, İsgəndər Əliyev, Habil Əliyev, Fuad Həsənov
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Murad Məmmədov
Bakı. “Şəfa” stadionu

27 mart (şənbə)

“Xəzər Lənkəran” – “Neftçi” - 0:0

Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, Mübariz Haşımov, Ramil Diniyev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Lənkəran şəhər mərkəzi stadionu

“Qarabağ” – “İnter” - 1:1
QOLLAR: Aslan Kərimov, 86 - Samir Abasov, 45
Hakimlər: Elçin Məmmədov, Vaqif Musayev, İlham Əliyev, Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu

“Turan” – “Simurq” - 0:0
Hakimlər: Azad Mütəllimov, Ramiz Əsədov, Eldar Nağıbəyov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Novil İsmayılov
Tovuz şəhər stadionu

“Muğan” – “Standard” - 1:0
QOL: Vadim Kriçmar, 34
Hakimlər: Rövşən Əhmədov, Samir Hacıyev, Qəzənfər Məmmədov, Alik Yunusov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rüfət Hüseynov
Salyan şəhər Olimpiya İdman Kompleksinin satdionu

komandalar

o

q

h

m

t

x

1

"İnter"

13

6

4

3

14-12

22

2

"Xəzər-Lənkəran"

13

4

7

2

12-6

19

3

"Neftçi"

13

3

7

3

8-7

16

4

"Qarabağ"

13

3

7

3

8-10

16

5

"Bakı"

13

4

4

5

11-11

16

6

"Qəbələ"

13

2

5

6

11-18

11

7

"Simurq"

13

6

5

2

16-10

23

8

"Olimpik-Şüvəlan"

13

6

4

3

18-12

22

9

"Turan"

13

5

5

3

19-15

20

10

"Muğan"

13

4

5

4

8-8

17

11

"Standard"

13

3

3

7

11-18

12

12

"Karvan"

13

1

6

6

9-18

9


Bombardir: Adrean Neaqa (“Neftçi”) - 11
0