Vaqif Cavadov Hollandiya çempionluğuna doğru
28.03.2010 - 12:43
Vaqif Cavadov Hollandiya çempionluğuna doğru
Həmyerlimiz Vaqif Cavadovun şərəfini qoruduğu “Tvente” Hollandiya çempionatında növbəti qələbəsini qazanıb. Apasport.az saytının xəbərinə görə, Enshede təmsilçisi dünən öz meydanında “Sparta”nı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Vaqifin yenə oynamadağı görüşdə hər üç qola komandanın hücumçusu Ruiz imza atıb. Bu qələbədən sonra “Tvente” xallarının sayını 74-ə yüksəldib. Bir oyun az keçirən “Ayaks”ın 67, PSV-nin isə 66 xalı var.
0