Azərbaycan çempionu UEFA kubokunun qalibinə qarşı
28.03.2010 - 13:03
Azərbaycan çempionu UEFA kubokunun qalibinə qarşı
Futzal üzrə UEFA kubokunun «Dördlər finalı»nda «Araz»ın qarşılaşacağı komanda müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, Portuqaliyanın Lissabon şəhərində keçirilən püşkatmanın nəticəsinə əsasən, «Araz» futzal üzrə UEFA kubokunun hazırkı sahibi - İspaniyanın «İntervyu» komandası ilə qarşılaşacaq. «Araz» - «İntervyu» oyunu aprelin 23-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Həmin gün, Bakı vaxtı ilə saat 23:30-da, digər yarımfinal cütlüyündə Portuqaliyanın «Benfika» və İtaliyanın «Luparense» komandaları finala yüksəlmək uğrunda mübarizə aparacaq.

Üçüncü yer uğrunda oyun aprelin 25-də, Bakı vaxtı ilə saat 19:00-da, final qarşılaşması isə həmin gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Bütün oyunlar Lissabondakı «Pavilyau du Atlantiku» kompleksində keçiriləcək.
0