Türkiyəli jurnalistlər Lənkərandakı qalmaqla görə Əfqan Həmzəyevi günahlandırır
28.03.2010 - 16:14
Türkiyəli jurnalistlər Lənkərandakı qalmaqla görə Əfqan Həmzəyevi günahlandırır
Türkiyənin nüfuzlu saytları dünən “Xəzər Lənkəran” və “Nefçi” komandaları arasındakı derbi matçında yaşanan olaylardan yazıb. Apasport.az-ın məlumatına görə, ajansspor.com saytı hakim Əfqan Həmzəyevin çoxlu səhvlərə yol verdiyi, lənkəranlı azarkeşlərin buna etiraz olaraq oturacaqları qopararaq meydançaya atdığını bildirib. Oyundan sonra “Neftçi”nin avtobusunun daşqalaq edildiyi də vurğulanıb.
0