“Bizim hələ avrokuboklara düşmək imkanımız var”
28.03.2010 - 18:13
“Bizim hələ avrokuboklara düşmək imkanımız var”
“Bü gün “Qəbələ” bizim buraxdığımız səhvlərdən məharətlə istifadə etdi, biz isə yaratdığımız qol vəziyyətlərini dəyərləndirə bilmədik. Buna görə də xal itirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” ilə oyundan sonra keçirilən mətbuat konfransında “Bakı”nın məşqçisi Məqsəd Yaqubəliyev deyib.

“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov isə iki xal itirdiklərinə görə təəssüfləndiyini bildirib: “Biz bu gün bir neçə qol vəziyyəti yaratsaq da, bundan istifadə edə bilmədik. Hesab edirəm ki, bizim hələ avrokuboklara düşmək imkanımız var”.

Xatırladaq ki, “Bakı” – “Qəbələ” oyunu 1:1 hesabı ilə yekunlaşıb.
0