Yunis Hüseynov: Bizə qələbə lazım idi...
28.03.2010 - 22:25
Yunis Hüseynov: Bizə qələbə lazım idi...
“Oyundan razı qaldım. Aşağı sıralardan irəliləmək üçün bizə bu oyunda qələbə lazım idi. Təəssüf ki, qalib gələ bilmədik”. Apasport.az saytının xəbərinə görə, bunu “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.

Unibank Premyer Liqasının XXV turunda Yevlax təmsilçisi Bakıda “Olimpik-Şüvəlan”la qarşılaşdı. Qolsuz bərabərliklə nəticələnən oyundan sonra təşkil olunan mətbuat konfransında Hüseynov bildirib ki, komandası xeyli qol vəziyyəti yaradıb: “Yaratdığımız hədindən artıq qol imkanlarından istifadə edə bilmədik. Lakin bütün bunlara baxmayaraq, komandamdan razı qaldım, çünki çox gözəl oyun göstərdilər".
0