“Olimpik-Şüvəlan”ın problemləri nə vaxt qurtaracaq?
28.03.2010 - 22:28
“Olimpik-Şüvəlan”ın problemləri nə vaxt qurtaracaq?
“Yaxşı oyun keçdi. Müdafiə xəttimiz və qapıçımız çox yaxşı oynadı. Lakin hücumda bəzi çatışmazlıqlarımız var, ona görə də bir sıra qol imkanlarından yararlana bilmədik”. Apasport.az saytının xəbərinə görə, bunu “Olimpik-Şüvəlan” klubunun baş məşqçisi Nazim Süleymanov deyib.

Ölkə çempionatının XXV turunda “Karvan”la öz meydanında heç-heçə (0:0) oynayan “təyyarəçilər”in çalışdırıcısı vurğulayıb ki, qarşılaşmada 3 futbolçunun xidmətindən yararlana bilməyib: “Bu oyunda cəzalı 3 oyunçumuz oynaya bilmədi. Yunis Hüseynovu bu cür gözəl komanda yaratdığına görə təbrik edirəm. Deyərdim ki, bugünkü qarşılaşmada bəzi epizodlarda həm "Karvan"ın, həm də bizim bəxtimiz gətirmədi".
0