İkiqat Rusiya çempionu azərbaycanlı ilə bacarmadı
28.03.2010 - 22:41
İkiqat Rusiya çempionu azərbaycanlı ilə bacarmadı
Bu gün Rusiya Premyer Liqasında III turun oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, həmyerlimiz Şahin Diniyevin məşqçisi olduğu “Terek” turu 1 xalla başa vurub. Qroznı təmsilçisi Kazanda ikiqat Rusiya çempionu “Rubin”lə qarşılaşıb və oyunda hesab açılmayıb.
Milli komandamızın müdafiəçisi Mahir Şükürovun şərəfini qoruduğu Mahaçqalanın “Anji” klubu isə dünən Moskva MOİK-i ilə görüşdə məğlubiyyətə uğrayıb – 1:2. Futbolçumuz cəzalı olduğu üçün bu oyunda meydana çıxmayıb.
0